İrlandlarla 3-cü sınaq – “Sabah” seriyanı davam etdirə biləcək?

“Sabah” bu gün Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyuna çıxacaq.

Futbolpress.az xəbər verir ki, “futuristlər” İrlandiyanın “Sent Patriks” komandasının qonağı olacaq. Matça saat 22:45-də start veriləcək.

“Sent Patriks” – “Sabah” görüşü Azərbaycan və İrlandiya komandaları arasındakı üçüncü oyun olacaq. Buna qədər yalnız “Qarabağ” avrokuboklarda İrlandiya təmsilçisi ilə üz-üzə gəlib. “Atlılar” 2019-cu ildə Çempionlar Liqasının təsnifat mərhələsində “Dandalk”la qarşılaşıb. İrlandiyada heç-heçə edən (1:1) “atlılar” cavab görüşündə 3:0 hesablı qələbəyə sevinib.

“Sent Patriks”lə görüş Azərbaycan klubu üçün 3-cü irland sınağı olacaq.

Bu gün baş tutacaq görüşə saat 22:45-də start veriləcək. Cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.