“İrəvan”dan ayrılan legioner Azərbaycanda qaldı

Ötən mövsümü “İrəvan”da keçirən Andrey Sinenkonun yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, 27 yaşlı qolkiper “İmişli”yə keçib. O, bölgə təmsilçisi ilə artıq məşqlərə başlayıb.

Sinenko 2023-cü ilin sentyabrından “İrəvan”ın formasını geyinirdi.

“İmişli” yeni mövsümdə I Liqada mübarizə aparacaq.