“İrəvan” futbolçu tapmadı – qapıçı müdafiədə oynayacaq

Bu gün Azərbaycan I Liqasında 2023/2024 mövsümünün sonuncu – XXVII turunun oyunları keçiriləcək.

Futbolpress.az xəbər verir ki, “İrəvan” son matçda “Karvan”la üz-üzə gələcək.

“İrəvan” görüş üçün 11 futbolçu sifariş edib. Ehtiyatda oyunçusu olmayan komanda ilə bağlı digər maraq doğuran fakt qapıçı Andrey Sinenko ilə bağlıdır. Belə ki, əslində qolkiper olan Andrey görüşdə müdafiəçi qismində iştirak edəcək. “Çərçivəni” isə komandanın ehtiyat qapıçısı Süleyman Süleymanov qoruyacaq.

Görüşə saat 16:00-da start veriləcək.