İPL-də mövsümün ən yaxşı baş məşqçisi bilindi

İngiltərə Premyer Liqasında (İPL) 2023/2024 mövsümünün ən yaxşı baş məşqçisi məlum olub.

Futbolpress.az xəbər verir ki, bu, “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardioladır. Bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

Qvardiolanın rəhbərlik etdiyi “şəhərlilər” Premyer Liqada ardıcıl dördüncü dəfə çempion olub. Komanda 38 oyunda 28 qələbə qazanıb və 91 xalla qızıl medalların sahibi olub.