İnzaqi nəticədən razıdır

“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasında “Mançester Siti”yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:0 hesabıyla başa çatan matçla bağlı bunları deyib:

“Oyundan sonra futbolçulara təşəkkür etdim və “afərin, uşaqlar” dedim. Onlar əla oyun göstərdilər. “Mançester Siti”nin gücünü hamımız bilirik. Buna görə nə etməli olduğumuzu anlayırdıq. Həqiqətən, yaxşı şanslarımız oldu. Komanda olaraq tapşırığın öhdəsindən gələ bildik”.