“İnter” İtaliya A Seriyasının XXII turunda “Leççe”ni məğlub edib – 4:0.
Futbolpress.az xəbər verir ki, bu, “neradzurra”nın baş məşqçisi Simone İnzaqinin karyerasındakı 200-cü qələbəsi olub. O, bu göstəriciyə 332 matçda çatıb.
İnzaqi A Seriyasında 200 qələbə sayına ən tez çatan məşqçi olub. Bundan əvvəlki rekord Massimiliano Alleqridə idi. Sabiq “Yuventus”la 200-ə 338 matçda çatmışdı.