“İnter” İtaliya Superkubokunda finala yüksəlib.
Futbolpress.az xəbər verir ki, komanda yarımfinalda “Atalanta”ya qalib gəlib (2:0). “İnter”in baş məşqçisi Simone İnzaqi qələbəni belə şərh edib:
“Çox yaxşı oynadıq və hər iki hissədə özümüzü əla komanda kimi göstərdik. İkinci hissədə daha çox qol vura bilərdik. Lakin indi futbolçuları tənqid etmirəm, əla oynadıq və çox məmnunam”.
“İnter” finalda “Yuventus” – “Milan” cütünün qalibi ilə qarşılaşacaq.