İnzaqi: “Daha diqqətli olmalıydıq”

“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya Superkubokunda “Milan”a uduzduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:3 hesabıyla başa çatan matçla bağlı bunları deyib:

“Milan”ı təbrik edirəm, sona qədər təslim olmadılar. 2:0 öndə olanda daha diqqətli olmalıydıq. Rəqib fərqi azaldandan sonra da şanslarımız oldu, amma onların qapıçısı əla çıxış etdi.

Ağrılı məğlubiyyətdir. Buna baxmayaraq, pozitivik və irəli baxırıq”.