İnyesta klub aldı

İnyesta Danimarka üçüncü divizion klubunun əsas səhmdarı oldu.

Futbolpress.az xəbər verir ki, “Barselona” və İspaniya millisinin sabiq futbolçusu Andres İnyesta Danimarkanın üçüncü divizion komandası olan “Helsinger”in sahibi olub. Keçmiş futbolçu və onun şirkəti Never Say Never (NSN) İsveçrənin Stoneweg şirkəti ilə əməkdaşlıq edərək klubun səhmlərinin əksər hissəsini əldə ediblər.

Qeyd edək ki, İnyesta peşəkar futbolçu karyerasını ötən ay başa vurub.