“İnter”in qapıçısı Yan Sommer İsveçrə millisindəki karyerasını bitirib.
Futbolpress.az xəbər verir ki, bu barədə 35 yaşlı oyunçu özü açıqlama verib.
Sommer 2012-ci ildə millidə debüt edib. O, yığmada 94 oyuna çıxıb.
Qolkiper 2023-cü ilin avqustundan “İnter”in formasını geyinir. O, bu mövsüm 1 oyunda 2 qol buraxıb.