“İnter”in prezidenti Hakan Çalhanoğlundan danışdı

“İnter”in prezidenti Cüzeppe Marotta adı “Bavariya” ilə hallanan Hakan Çalanoğlu haqda açıqlama verib.

Futbolpress.az xəbər verir ki, funksioner türkiyəli yarımmüdafiəçinin “neradzurra”da xoşbəxt olduğunu deyib:

“Hakan üçün rəsmi təklif almamışıq. O, burada xoşbəxtdir və komandanın əsas oyunçularındandır”.

Hakan ötən mövsüm “İnter”lə 40 oyunda 15 qol vurub, 3 məhsuldar ötürmə edib.