“İnter”in hücumçusu Lautaro Martinez İtaliyada mövsümün ən yaxşısı seçilib.
Futbolpress.az xəbər verir ki, bu barədə A Seriyasının mətbuat xidməti məlumat yayıb.
Argentinalı bu mövsüm 44 matçda 27 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
“İnter” bu mövsüm A Seriyasında çempion olub.