“İnter”də Marotta dönəmi başladı

“İnter”in yeni prezidenti məlum olub.

Futbolpress.az xəbər verir ki, “neradzurra”ya bundan sonra Beppe Marotta rəhbərlik edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Marotta daha əvvəl klubun icraçı-direktoru vəzifəsini icra edirdi.

“İnter” İtaliya A Seriyasında 2023/24 mövsümünün qalibi olub.