“İnter”in futbolçusu Hakan Çalhanoğlu “Bavariya” klubu ilə danışıqlar aparır.
Futbolpress.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Hakanın transfer danışıqlarında iştirak etməsi “İnter” rəhbərliyini qəzəbləndirib.
“Neradzurra” türkiyəli yarımmüdafiəçini satmaq istəmir. Klub hələ almanlardan təklif almayıb.
Hakanın meneceri Qordoq Stipiç isə artıq Münhen klubunun nümayəndələri ilə görüşüb.
30 yaşlı futbolçu ötən mövsüm “İnter”lə 40 oyunda 15 qol vurub, 3 məhsuldar ötürmə edib.