“İnter” qapı xəttini onunla gücləndirmək istəyir

“İnter” “Udineze”nin qapıçısı Maduka Okoyeni transfer etmək istəyir.

Futbolpress.az yerli mətbuata istinadən xəbər verir ki, Milan təmsilçisi yaxın vaxtlarda qolkiper üçün hərəkətə keçəcək.

Okoye ötən mövsüm 22 matçda 27 qol vuraxıb, 5 matçda isə qapısını toxunulmaz saxlamağı bacarıb.

Onun komanda ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.