“İnter Mayami”yə karyeramı bitirməkçün gəlməmişəm”

Argentinalı hücumçu Lionel messi “inter Mayami”yə keçidi haqda fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, forvard bu barədə “Marca”ya açıqlamasında danışıb:

“Futbol oynamağı sevirəm. Argentina millisi ilə vaxtilə pis zamanlar keçirmişəm, amma indi yaşadıqlarım üçün minnətdaram. Karyeramın sonlarına yaxınlaşıram. İdmana böyük sevgim var. “İnter Mayami”yə karyeramı bitirməkçün gəlməmişəm. Çoxlu titullar qazanmaq və komandanın böyüməsinə kömək etmək istəyirəm”.

Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. O, bu mövsüm MLS-də 18 oyunda 17 qol vurub.