“İnter Mayami”də Messi sevinci

“İnter Mayami”nin futbolçusu Lionel Messi məşqlərə başlayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə ABŞ klubunun mətbuat xidməti məlumat yayıb.

37 yaşlı hücumçu sonuncu dəfə iyulun 15-də Argentina yığması ilə Amerika Kubokunda Kolumbiya ilə final oyununda meydana çıxıb (1:0).

Messi MLS-də sentyabrın 1-də “Çikaqo Fayr”la oyunda iştirak edə bilər.