“İnter Mayami” tanınmış futbolçu ilə maraqlanır

“İnter Mayami” Dortmund “Borussiya”sından ayrılacağını açıqlayan Marko Roysla maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

34 yaşlı futbolçu “İnter Mayami” ilə yanaşı, “Əl Nəsr”in də diqqətindədir. Klublar yaxın zamanda Roysla danışıqlara başlayacaq.

Marko 2013-cü ildən “Borussiya”nın formasını geyinir. O, mövsümün sonunda klubu tərk edəcəyini açıqlayıb.

“İnter Mayami”də “Barselona”nın sabiq futbolçuları Lionel Messi, Jordi Alba və Serxio Buskets çıxış edir. “Əl Nəsr”də isə Kriştiano Ronaldo, Sadio Mane, Marsel Brozoviç kimi oyunçular var.