“İnter Mayami” tanınmış futbolçu ilə müqaviləni uzatdı

“İnter Mayami” futbolçusu Jordi Alba ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.36 yaşlı cinah müdafiəçisinin sözləşməsi 2027-ci ilin yayına kimi artırılıb.

Alba 2023-cü ildən “İnter Mayami”də çıxış edir. O, bu mövsüm 17 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.