“İnter” İnzaqini ən çox qazanan edəcək

“İnter”in çalışdırıcısı Simone İnzaqi İtaliya A Seriyasında ən çox maaş alan baş məşqçi olacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sky Sport İtalia” məlumat yayıb. İnzaqi “neradzurra” ilə 2 illik yeni müqavilə imzalayacaq və illik 6,5 milyon avro maaş alır. O, bununla da çempionatda ən çox qazanan baş məşqçi statusuna yiyələnəcək.

Hazırda bu göstəricidə birinci sırada “Napoli”nin yeni baş məşqçisi Antonio Kontedir. Onun məvacibi isə 6 milyon avrodur.