“İnter” hücumçu transferini açıqladı

“İnter” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “neradzurra” “Portu”dan ayrılan Mehdi Taremini sıralarına cəlb edib. Bu barədə klubun mətbut xidməti məlumat yayıb. 31 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

Taremi 2020-ci ildən “Portu”da çıxış edirdi. O, komandada 182 oyunda 91 qol vurub.