“İnter”in futbolçusu Lüsyen Aqume karyerasını İspaniyada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi “Sevilya”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Lüsyen ilə 4 illik müqavilə imzalanıb.
Fransalı yarımmüdafiəçi ötən mövsümü “Sevilya”da icarədə keçirib. Əndəlüs təmsilçisi onun transfer hüquqları üçün “İnter”ə 4 milyon avro ödəyib.