“İnter” futbolçusu Davi Klaassen ilə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə “neradzurra”nın mətbuat xidməti məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçinin müddəti başa çatan müqaviləsi uzadılmayıb.
Klaassen ötən ilin sentyabrından “İnter”də çıxış edirdi. O, A Seriyasında 13 oyunda meydana çıxıb.