“İnter” futbolçusu Lautaro Martinesin müqaviləsini uzadıb.
Futbolpress.az xəbər verir ki, 26 yaşlı hücumçunun sözləşməsi 2029-cu ilin yayına kimi artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Martines 2018-ci ildən “İnter”də çıxış edir. Argentinalı forvard İtaliya A Seriyasında 206 oyunda 103 qol vurub.