Argentina millisinin futbolçusu Lionel Messi açıqlama verib.
Futbolpress.az xəbər verir ki, o, Boliviyanı məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb:
“Burda olmaq və insanların sevgisini hiss etmək çox xoşdur. Adım stadionda anons ediləndə fərqli hisslər keçirirəm.
Karyeramla bağlı hələ qərar verməmişəm. Gələcəyimlə bağlı hansısa tarixi deməyi düşünmürəm və oynamaqdan həzz almaq istəyirəm”.
Messi Boliviyanı 6:0 hesabıyla məğlub etdikləri oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.