“İnşallah, o günü də görəcəyik” – federasiya prezidenti

Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi Avro-2024-də 1/4 finala yüksələn milli komanda haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, funksioner 1/8 finalda Avstriyanın məğlub edildiyi görüşdən sonra bunları deyib:

“Turnirin əvvəlində deyirdim ki, hamı Avro-2008-dən danışır. Allaha şükür, ilk addımımızı atdıq. Uşaqlara danışacaq yeni hekayələrimiz olmalıdır. 85 milyon insan ayaqüstə izlədi oyunu. Bütün komanda ölkənin qürurudur. Hamımız xoşbəxtik. Hədəfimiz yarımfinaldır. İnşallah, o günü də görəcəyik”.

Türkiyə 1/4 finalda Niderlandla üz-üzə gələcək.