“Qalatasaray”ın baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsveçrədə “Yanq Boyz”a uduzduqları oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:3 hesabıyla uduzduqları görüşün hakimliyindən narazılıq bildirib:
“Etdiyimiz səhvlər və rəqibə verdiyimiz boşluqlar var idi. Daha yaxşısını etməliydik. Mən oyuna tribunadan baxdım, hakim qərarlarından narahat oldum. Lazımsız yerə vərəqələr verilirdi. İsveçrənin Almaniya kantonundayıq və oyuna alman hakim veriblər. İnşallah, ikinci oyuna da azərbaycanlı hakim təyinat edərlər və vəziyyəti bərabərləşdirərik”.
Komandalar arasındakı cavab görüşü avqustun 27-də İstanbulda olacaq.