Azərbaycanın U-21 millisinin üzvü Ağadadaş Salyanskiy “Neftçi” ilə müqaviləni 2026-cı ilin yayına kimi artırıb.
19 yaşlı hücumçu “FutbolPress“ə açıqlamasında yeni sözləşmə ilə bağlı fikirlərini bölüşdü:
“Bütün diqqətim “Neftçi”dədir. Qarşıda yay toplanışımız olacaq. Məşqlərdə özümü maksimum göstərib, əsas heyət oyunçusu olmaq istəyirəm. Bunun üçün bütün gücümlə çalışacam”.
Forvard ukraynalı mütəxəssis Roman Qriqorçukun komandaya baş məşqçi təyin edilməsinə də münasibət bildirdi:
“Yeni təyinatdır. Düşünürəm ki, bizimçün uğurlu olacaq. İnşallah, bu il məqsədlərimizə çatarıq”.
Şahin Cəfərov