İnqilab Məmmədov: “Hakimliklə bağlı ciddi problemlərin olacağını düşünmürəm”

Azərbaycanın FIFA referisi İnqilab Məmmədov Avro-2024 ilə bağlı fikirlərini bölüşdü.

FutbolPress“ə danışan hakim turnirdə referilərin iş proqramı haqda bunları dedi:

“Hakimliklə bağlı ciddi problemlərin olacağını düşünmürəm. Çünki UEFA bu turnirə elit hakimləri dəvət edib. Azərbaycanlı referi Əliyar Ağayev də onlar arasında olmalı idi, ancaq təəssür ki, dəvət almadı. İnşallah, növbəti yarışda bizim də hakimlərimiz belə turnirlərdə olarlar. Favoritlərə gəlincə, Almaniya və İtaliyanın şanslarını yüksək dəyərləndirirəm, amma ümumilikdə, Türkiyə yığmasına azarkeşlik edəcəm”.