İngiltərəyə qələbə qazandıran qolun müəllifi mükafatlandırıldı

Avro-2024-ün yarımfinalında keçirilən Niderland – İngiltərə oyununun ən yaxşı futbolçusu məlum olub.

Futbolpress.az xəbər verir ki, bu, ingilis hücumçu Olle Vatkinsdir. Forvard görüşə 81-ci dəqiqədə daxil olub və 10 dəqiqə sonra komandasının qələbə qolunu vurub.

İngiltərə Niderlandı 2:1 hesabıyla məğlub edərək, finala yüksəlib. Onların həlledici görüşdəki rəqibi isə İspaniya olacaq. Matç iyulun 14-də keçiriləcək.