İngiltərəli müdafiəçi Harri Maquayr qışda “Mançester Yunayted”dən ayrıla bilər.
Futbolpress.az xəbər verir ki, klub rəhbərliyi müdafiəçini 10 milyon funt-sterlinq qarşılığında satmağa razıdır. Bu barədə “Daily Star” məlumat yayıb.
Maquayr 2019-cu ildə 80 milyon funt-sterlinq qarşılığında “Lester”dən “qırmızı şeytanlar”a keçib.