“Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill açıqlama verib.
Futbolpress.az xəbər verir ki, keçmiş müdafiəçi “qırmızı şeytanlar”ın çıxışı haqda fikirlərini bölüşüb:
“Mançester Yunayted”in oyunçularında özünəinam yoxdur. “Nyukasl” onları əzdi. Hazırda İngiltərədə ən pis futbol oynayan komanda “Mançester Yunayted”dir. Vəziyyətləri rəzalətdir”.
“Mançester Yunayted” son 4 oyunda məğlub olub və qol vura bilməyib. Komanda İngiltərə Premyer Liqasında 19 turdan sonra 22 xalla 14-cü sıradadır.