“İngiltərə millisi Avro-2024-ü qazana bilər” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə millisinin Avro-2024-ü qazanma şanslarından danışıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis “şirlər”in iddialılardan olduğunu deyib:

“İngiltərə millisinin yaxşı heyəti var. Tək hücumda deyil, müdafiədə və yarımmüdafiədə istedadlı futbolçulara sahibdirlər. Baş məşqçi Qaret Sautqeyt də nə etməli olduğunu yaxşı bilir.

Elə bir hiss var ki, İngiltərə millisi kuboku qazanmağa yaxındır. Son Avropa və dünya çempionatında iddialılardan olduqlarını göstərdilər. Gec-tez Avropa çempionu da olacaqlar”.

Avro-2024 14 iyun – 14 iyulda Almaniyada keçiriləcək.