İngiltərə klubundan 60 milyon avroluq həmlə

“Tottenhem” 19 yaşlı hücumçu Mathis Tel ilə bağlı “Bavariya”yla şifahi razılığa gəlib.

Futbolpress.az xəbər verir ki, London klubu bu keçid üçün 60 milyon avrodan keçməli olacaq. Bildirilir ki, sövdələşmə uğurlu olarsa, Münhen komandası 2022-ci ilin yayında “Renn”dən Teli aldığı məbləğin iki qatını alacaq. Transferlə bağlı hələ ki, yekun qərar verilməyib. Bu, futbolçunun özünün qərarından asılıdır.

Fransalı forvardın “Bavariya” ilə hazırki müqaviləsi 2029-cu ilin yayına qədərdir.