İngiltərə klubu həkimlərini yoxlayacaq

“Tottenhem” futbolçularının tez-tez zədələnməsi səbəbindən həkimlərin işini yoxlayacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə “Standard” nəşri məlumat yayıb. Komandanın baş məşqçisi Ange Postekoqlu oyunçuların zədələnməsinə görə klubdan həkimlərin işini yoxlamağını istəyib.

Bu, son bir ildə ikinci belə haldır. Daha əvvəl klub həkimlərinin heyətində dəyişiklik edilmişdi.

“Tottenhem” Premyer Liqada 15 turdan sonra 20 xalla 11-ci sıradadır.