İngiltərə klubu “Beşiktaş”ın futbolçusu ilə maraqlanır

“Beşiktaş”ın futbolçusu Aleks Oksleyd-Çemberlen karyerasını yenidən İgiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Brentford” cinah oyunçusunun xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Beşiktaş”ın baş məşqçisi Covanni van Bronxorst Çemberleni heyətdə düşünmür və onunla yolların ayrılmasına müsbət yanaşır.

Daha əvvəl İngiltərədə “Liverpul”da forma geyinən futbolçu “Beşiktaş”a ötən yay keçib. O, 30 oyunda 4 qol vurub.