İngiltərə klubu Asensio ilə razılaşdı

PSJ-nin futbolçusu Marko Asensio karyerasını İngiltərədə davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi “Aston Villa” ilə razılaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Asensio yaya kimi icarə əsasında İngiltərə təmsilçisində çıxış edəcək.

Asensio bu mövsüm 16 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.