İngiltərə klubları Simonsla maraqlanır

“Leypsiq”in futbolçusu Xavi Simons karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi “Arsenal” və “Liverpul”un maraq dairəsindədir. Bu barədə “The Athletic” nəşri məlumat yayıb.

21 yaşlı futbolçu müqavilə ilə PSJ-yə məxsusdur. O, icarə əsasında Almaniya klubunda forma geyinir.

Simons bu mövsüm 11 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.