İngiltərədə “mərc qalmaqalı” – daha bir futbolçu ilə bağlı iş başladı

“Vest Hem”in futbolçusu Lukas Paketa mərc oyunlarında iştirakda ittiham edilir.

Futbolpress.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının (FA) mətbuat xidməti məlumat yayıb. Xəbərdə braziliyalı oyunçunun bəzi oyunlarda bilərəkdən sarı vərəqə aldığı bildirilib.

Paketa bununla bağlı “X” hesabında paylaşım edib:

“FA-nın ittihamları məni çox təəccübləndirdi və məyus etdi. İddiaları rədd edirəm və son nəfəsimə qədər mübarizə aparacam”.

Paketa bu mövsüm “Vest Hem”də 43 oyunda 8 qol vurub, 7 məhsuldar ötürmə edib.

Daha öncə “Nyukasl”dan Sandro Tonali, “Brentford”dan İvan Toney mərc oyunlarında iştirak etdiyi üçün cəzalanmışdı.