“Lill”in hücumçusu Conatan David “Liverpul”un sıralarına qoşula bilər.
Futbolpress.az xəbər verir ki, kanadalı futbolçu 3 aydan sonra azad agent olacaq. “Liverpul” forvardın nümayəndələri ilə əlaqə saxlayıb. Hazırda danışıqlar yalnız ilkin mərhələdədir.
25 yaşlı futbolçu bu mövsüm “Lill”in heyətində 41 oyunda 23 qol vurub və 10 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 45 milyon avro qiymətləndirir.