“Barselona”nın müdafiəçisi Ronald Arauxo “Mançester Yunayted”in radarında qalır.
Futbolpress.az xəbər verir ki, uruqvaylı futbolçu yanvarda Kataloniya klubu ilə 2031-ci ilə qədər yeni müqavilə imzalasa da, onun mümkün gedişi ilə bağlı şayiələr hələ də davam edir. “Qırmızı şeytanlar” Arauxo üçün 100 milyon avro ödəməyə hazırdır.
Arauxo ilə “Liverpul” və “Yuventus” da maraqlanır. “Transfermarkt”ın məlumatına görə, mərkəz müdafiəçisinin dəyəri 55 milyon avrodur.