“Vulverhempton” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Braqa”dan Rodriqo Qomeşi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı vingerlə 5+1 illik müqavilə imzalanıb.
“Vulverhempton” Qomeş üçün “Braqa”ya 12,7 milyon funt-sterlinq ödəyib.
Portuqaliyalı futbolçu ötən mövsümü “Eştoril”də icarədə keçirib. O, 36 matçda 9 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.