“Ayntraxt”ın futbolçusu Uqo Ekitike Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşüb.
Futbolpress.az xəbər verir ki, “Mançester Yunayted”, “Liverpul” və “Arsenal” 21 yaşlı hücumçunun xidmətində maraqlıdır. Bu barədə “Bild” nəşri məlumat yayıb. “Ayntraxt” Ekitike üçün 100 milyon avro tələb edir.
Fransalı hücumçu bu mövsüm 42 oyunda 21 qol vurub, 9 məhsuldar ötürmə edib.