Avro-2024: Türkiyə millisi mübarizəni dayandırdı

Bu gün Avropa çempionatında yarımfinalın digər cütü məlum olub.

Futbolpress.az xəbər verir ki, turnirin favoritlərindən İngiltərə yığması 1/4 finala qədər məğlubiyyətsiz olan İsveçrəni penaltilər seriyasında məğlub edib.

Digər görüş isə Niderland və Türkiyə yığmaları arasında olub. Matç “narıncılar”ın qələbəsiylə başa çatıb.

Avro-2024
1/4 final mərhələsi

20:00 İngiltərə – İsveçrə 1:1 (penaltilər seriyası 5:3)
Qollar: B.Saka, 80 – B.Embolo, 75

23:00 Niderland – Türkiyə 2:1

Qollar: S.De Vrij, 70, K.Qakpo, 76 – S.Akaydın, 37