İngilislərin rekordçusu – Keyn

“Bavariya”nın hücumçusu Harri Keyn bu mövsüm Çempionlar Liqasında 11 qol vurub.

Futbolpress.az xəbər verir ki, forvard son olaraq dünən “Real”la yarımfinalın ilk görüşündə fərqlənib. Keyn ingilis futbolçuları arasında turnirdə bir mövsümə ən çox qol vuran oyunçu olub.

“Bavariya” – “Real” görüşü 2:2 hesabıyla başa çatıb. Komandalar arasındakı cavab oyunu mayın 8-də keçiriləcək.