“İnanılmazdır, əvvəl bunu təsəvvür etmirdim”

“Olimpiakos”un futbolçusu Stevan Yovetiç Konfrans Liqasının finalında “Fiorentina”nı məğlub etdikləri görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, monteneqrolu hücumçu çempion olmaları haqda bunları deyib:

“İnanılmazdır, əvvəl bunu təsəvvür etmirdim. Çoxdandır, belə bir titul qazanmağı istəyirdim. Final yolunda güclü rəqibləri sıradan çıxarmağı bacardıq və çempion olduq”.

“Olimpiakos” tarixində ilk dəfə Avropada titul qazanıb.