İmmobile rəsmən “Beşiktaş”da

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi “Latsio”dan Çiro İmmobileni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İtaliyalı forvardla 1 illik müqavilə imzalanıb.

34 yaşlı hücumçu 2016-2024-cü illərdə “Latsio”da forma geyinib. O, paytaxt təmsilçisi ilə 340 oyunda 207 qol vurub. O, klub tarixinin bombardiri idi.