İmmobile “Beşiktaş”a keçir? – klub prezidentindən açıqlama

“Latsio”nun prezidenti Klaudio Lotito adı “Beşiktaş”la hallanan Çiro İmmobile haqda açıqlama verib.

Futbolpress.az xəbər verir ki, funskioner Fabrizio Romanonun sorğusuna cavab olaraq rəsmi təklif almadıqlarını bildirib.

“İmmobile üçün “Beşiktaş”dan təklif almamışıq. Müqaviləli oyunçumuzdur. Təklif olsa, dəyərləndirəcəyik”.

İmmobile ötən mövsüm “Latsio”da 43 oyunda 11 qol vurub.