“İmişli”nin oyunçusu mükafatlandırıldı

I Liqada “Ayın qolu” layihəsi çərçivəsində mart ayının ən yaxşı qolunun müəllifi olan Pablo Alveş mükafatlandırılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

“İmişli” klubunun futbolçusuna mükafatı XXII turun “İmişli” – “Qəbələ” qarşılaşmasından əvvəl PFL-in Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.