İmişlidə mərkəzi oyun

Bu gün Azərbaycan I Liqasında XIV tura start veriləcək.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçiriləcək.

Günün mərkəzi oyunu İmişlidə olacaq. Premyer Liqaya namizəd komandalar sırasında olan yerli kollektiv “Qəbələ” ilə üz-üzə gələcək.

Digər iddiaçı “Karvan” MOİK-lə qarşılaşacaq. “Mingəçevir” isə “Cəbrayıl”ın müqavimətini qırmağa çalışacaq.

“Qəbələ” çempionatda 13 turdan sonra 33 xalla birinci sıradadır. “Karvan” 26 xalla 2-ci, “İmişli” isə 24 xalla 3-cüdür.

Azərbaycan I Liqası
XXIV tur

13 fevral

14:00 İmişli – Qəbələ
14:00 Karvan – MOİK
14:00 Mingəçevir – Cəbrayıl